Borcu olduğu şəxsin velosipedini sataraq borcunu qaytaran həbs EDİLDİ
Nərimanov rayonunda sakinlərdən birinin evinin qarşısında saxladığı velosiped oğurlanıb.
Redaktor.az xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən M.Xəlilzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxsin velosipedini oğurladığı zərərçəkənə borcu olub. M.Xəlilzadə elə həmin şəxsə məxsus velosipedi oğurlayıb sataraq ona olan borcunu qaytarıb.
Məhkəmənin qərarı ilə M.Xəlilzadə inzibati qaydada həbs edilib.













