Siyəzəndə üç azyaşlı kanala DÜŞDÜ
Siyəzən rayonunda üç məktəbli kanala düşüb.
Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, azyaşlılardan ikisinin tapılaraq sağ xilas edildiyi bildirilir.
Hazırda digər uşağın tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin və Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunublar.













