Hacıqabulda bir ailənin 2 üzvü dəm qazından zəhərləndi

 23:29 29.11.2026     35

Hacıqabulda gəlin və qaynana dəm qazından zəhərləniblər.

Redaktor.az xəbəe verir ki, hadisə Hacıqabul rayonunun Nəvahi kəndində qeydə alınıb. 

Belə ki, fərdi yaşayış evində yaşayan gəlin və qaynana Nəvahi kənd sakinləri, 1965-ci il təvəllüdlü Güldənə Məmmədova və 1994-cü il təvəllüdlü Məmmədova Məleykə dəm qazından zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirliblər. 

Xəstəxanaya yerləşdirilən hər iki şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilir (APA).

Vumart və Güvən reklamı Vumart Güvən