“Modern Hospital”dan aztəminatlı ailələrə tibbi dəstək - VİDEO / FOTOLAR
Nizami rayonunda yaşayan 20-dən çox aztəminatlı ailənin müayinə və müalicəsi təmin edilib.
Redaktor.az xəbər verir ki, COVID-19 pandemiyasının davam etdiyi bir zamanda virusla mübarizəyə dəstək məqsədi ilə “Modern Hospital” həkim və digər tibbi heyət olaraq millət vəkili Könül Nurullayeva ilə birlikdə planlaşdırılan aksiyaya start verib.
Aksiya çərçivəsində aztəminatlı ailələrdən daxil olan müraciətlərin hər biri ayrı-ayrılıqda dəyərləndirilib və Nizami rayonunda yaşayan, qayğıya ehtiyacı olan 20-dən çox ailənin ambulator-dinamik şəraitdə müayinəsi aparılaraq, eyni zamanda bəzi ailələrin ev şəraitində müalicəsinə də köməklik göstərildi.
Əlavə edək ki, layihə müddətində müraciət edənlərə EKQ, Kardioloji, USM (qaraciyər, böyrək, uroloji), Oftolmoloji, Endokrionoloji, Qastroentoloji xidmətlər göstərilib.




































