Koronavirusla bağlı gözlənilən açıqlama gəldi - ÇOX TƏƏSSÜF Kİ... / ÜST
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Türkiyə üzrə proqram direktoru, professor Toker Ergüderin koronavirusla bağlı açıqlaması narahatlıq yaradıb. O bildirib ki, Türkiyədə və dünyada COVID-19-a yoluxanların sayı yenidən artmağa başlayıb.
Redaktor.az xəbər verir ki, professor virusun hələ də aktiv şəkildə yayıldığını və yoluxma riskini itirmədiyinə diqqət çəkərək, Türkiyədə də son günlər yoluxmaların artdığını vurğulayıb:
“Ancaq unutmayın ki, hazırda bizim aşkar edə bildiyimiz yoluxma halları sadəcə aysberqin görə bildiyimiz hissəsidir. Hər gün aşkar olunan yoluxma sayını 6 və ya 7-yə vurmaq lazımdır. Çünki testləri həyata keçirdiyimiz avadanlıqlar yalnız 60% dəqiq nəticə verə bilir. Bu virusu daşıyanların 80 faizində heç bir simptom özünü göstərmr. Belə xəstələr asemtomik adlanır. Yəni, bu xəstələr heç bir simptom göstərmirlər, ancaq virusu yoluxdura bilirlər”.
Sevda Ulutau / Redaktor.az












