Azərbaycanda indiyədək 10 min 991 nəfərdə COVID-19 aşkarlanıb
Azərbaycanda indiyədək ümumilikdə 10 991 nəfər koronavirus infeksiyasına yoluxub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, onlardan 6075 nəfər müalicə olunaraq sağalıb, 133 nəfər vəfat edib, 4783 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.












