Tibbi təhsili olan, işləməyənlər işə dəvət edildi - KÖNÜLLÜLÜK PROQRAMI

 12:37 18.06.2020     2183

Ölkəmizdə bəzi insanlar var ki, tibbi təhsilləri olsa da, ya işləmir, ya da başqa sahədə çalışır.

Bu şəxslər mövcud vəziyyətlə əlaqədar koronavirusla mübarizəyə cəlb oluna bilərmi? 

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, artıq tibbi təhsili olan şəxslər könüllülük proqramına dəvət olunub:

“Həmçinin, hazırda tələbə, rezident olan şəxsləri də könüllülük proqramına dəvət etmişik.

Eyni zamanda modul tipli xəstəxanalar üçün vakant yerlər elan olunub ki, tibbi təhsili olanlar burada çalışmaq üçün müraciət edə bilər”.

Mahir Ələkbərov / Redaktor.az