Ömrü uzadan, xəstəlikləri yox edən PƏHRİZ

 23:39 18.06.2020     1738

Araşdırmalara görə, "Aralıq dənizi" pəhrizi Amerika reytinqlərinə liderlik edir. Bu pəhrizin böyük faydaları var.

Redaktor.az bu yazıda oxucuları "Aralıq dənizi" pəhrizinin faydaları ilə tanış edib.

Aralıq dənizi pəhrizi 1960-cı illərdə meydana çıxıb. Alimlər hesab edir ki, belə qidalanma ömrü uzadır, artıq çəkidən xilas edərək bir çox xəstəliklərin yaranması riskini azaldır. Və ən önəmlisi bu pəhrizi saxlamaq üçün əlavə səy göstərmək tələb olunmur. Amerikanın tibb jurnalları "Aralıq dənizi" pəhrizinin aşağı kalorili pəhrizlə eyni effektiv göstərdiyini sübut edib. "Aralıq dənizi" mətbəxi ciddi pəhriz deyil, əksinə bir həyat tərzidir.

Belə qidalanmaya həftədə bir neçə dəfə (5-6 porsiya) balıq və dəniz məhsulları daxil edilir. İkinci vacib nöqtə - çox sayda tərəvəzlər yemək lazımdır (həftədə altı porsiya). Salatlarda zeytun yağı istifadə edilməlidir. Zeytun yağı toxluq hissi verir və xolesterini azaldır. Ancaq çörək və un məmulatlarından imtina etmək lazım gələcək.

Qlikemik indeksləri aşağı olan qidalara üstünlük verin: qəhvəyi düyü, taxıl makaron və yulaf. Şirniyyatlardan sadəcə tünd şokolada icazə verilir, o həftədə üç porsiyadan çox ola bilməz. Faydalı səhər yeməyini unutmayın, nahar doyumlu ola bilər, ağır şam yeməyinin isə heç kimə faydası yoxdur. Dietoloqlar özünüz üçün dəqiq rejim yaratmağı və hər gün eyni saatda yeməyi tövsiyə edir.

Aparılan araşdırmalar göstərir ki, belə qidalanma ürək-damar xəstəliklərindən qoruyur, eyni zamanda ikinci dərəcəli şəkər xəstələrinə müalicəvi təsir göstərir. Aralıq dənizi pəhrzinin ən məşhur inqrediyenti yunan salatıdır: pomidor, xiyar, soğan, pendir dilimləri, zeytun və zeytun yağı. Ümumiyyətlə, pəhrizə: meyvə-tərəvəz, paxlalı bitkilər, işlənməmiş taxıl məhsulları, qoz, dəniz məhsulları, balıq, toyuq, pendir və qatıq kimi bir çox faydalı yağlar ehtiva edən məhsullar daxildir.

Aralıq dənizi pəhrizində nə yemək olmaz?

Ekspertin sözlərinə görə, qırmızı ət və şirniyyatları xüsusi hallarda yemək daha yaxşıdır. İşlənmiş məhsullar və hazır qarışıqlar ənənəvi olaraq qadağandır.

Səhər yeməyi

Kəsmikdən zapekanka

Omlet

Az kalorili xırtıldayan çörəklə pendir

Təbii qatıq və quru meyvələrlə müsli

Qəhvə / yaşıl çay

Nahar

Bişmiş tərəvəzlə balıq

Dəniz məhsulları və pomidor ilə makaron

Krevetkalı Rizotto

Toyuq şorbası

Buxarda bişmiş balıq ilə tərəvəz salatı

Şam

Avokado ilə krevetka salatı

Düyü ilə bişmiş toyuq sinəsi

Buxarda bişmiş balıq və ya tərəvəz salatı

Qaynadılmış tərəvəz və sobada bişmiş hinduşka

Tərəvəzli balıq kotleti

Buxarda bişmiş dəniz məhsulları və tərəvəz