Həyat yoldaşı: Heç bir yaxşılaşma yoxdur

 16:14 20.06.2020     4088

“Bəhram Bağırzadənin səhhəti yenə də eynidir”.

Redaktor.az xəbər verir ki, bunu Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib:

“Təəssüf ki, səhhətində heç bir yaxşılaşma yoxdur, vəziyyəti stabildir, eynən ağır olaraq qalır”.

Xatırladaq ki, Əməkdar artist B. Bağırzadə koronavirusa yoluxub. O, hazırda Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsindədir. //APA