HƏKİM: Evdə müalicə alanlar buna əməl etməsələr... - FOTO

 11:13 25.06.2020     3620

Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayının kəskin artması, xəstəxanalarda yerlərin dolmasına səbəb olub. Bunun nəticəsində artıq bir çox xəstə ev şəraitində müalicəyə başlayıb.

Bəs, ev şəraitində müalicə necə aparılmalıdır?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən tibb üzrə professor Adil Qeybulla bildirib ki, həkim nəzarəti olmadan evdə müalicə olunmaq ağır nəticələrə səbəb ola bilər:

“Əlbəttə, evdə müalicə olunaraq, sağalmaq mümkündür. Amma bunun üçün mütləq şəkildə müntəzəm həkim yoxlanışı və nəzarəti lazımdır. İnsanlar evdə ağıllarına gələn formada müalicə olunmağa çalışsalar, bunun xeyirindən daha çox zərərini görə bilərlər. Xəstəliyin simtopları aşkarlandığı zaman dərhal həkimə müraciət etməyi və həkim nəzarəti altında müalicə olunmağı tövsiyə edirəm”.

Mahir Ələkbərov / Redaktor.az