Bu ərzadan almayın, koronavirusa yoluxa bilərsiniz - DİQQƏT!

 12:37 26.06.2020     3614

Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) reanimasiya və daxili xəstəliklər mütəxəssisi, koronavirusla bağlı Elm Komitəsinin üzvü, professor Levent Yamanel COVID-19-la bağlı maraqlı açıqlama verib.

Redaktor.az xəbər verir ki, professor koronavirusun mənfi 20 dərəcədə 20 il yaşaya biləcəyi ilə bağlı insanları diqqətli olmağa çağırıb:

“Virus dondurulmuş qidalarda yaşaya bilər. Dondurulmuş qidalar yaxşı bişirilib, sonra istifadə edilməlidir. Hazırda ölkəmizdə ölənlərin sayının azaldığını bilirik. Virus mutatsiyaya uğrayaraq təsirini itirə bilər. Amma viruslar çox hərəkətli, dəyişkən mikroorqanizmlərdir. Buna görə mutasiyaya uğrayıb, yenidən daha ölümcül vəziyyətə gələ bilər. Bu baxımdan dondurulmuş qidalardan daha az istiafə etmək məsləhətdir",

Sevda Ulutau / Redaktor.az