Azərbaycanda koronavirusla bağlı SON VƏZİYYƏT

 23:26 05.07.2020     1362

Hazırda Azərbaycanda 8332 aktiv koronavirus xəstəsi var.

Bu barədə Redaktor.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir.

Məlumata görə, onlardan 348 nəfəri reanimasiyada, 60-ı isə süni tənəffüs cihazındadır.

Qeyd edilir ki, son sutkada koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 722 test aparılıb. Bununla da ölkədə indiyədək aparılmış koronavirus testlərinin sayı isə 516 min 533-ə çatıb.

Azərbaycanda 523 yeni koronavirus infeksiyasına yoluxma qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 20 min 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11 min 742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib.

Vumart və Güvən reklamı Vumart Güvən