Koronavirusa yoluxanlar neçə günə sağalır? - BAŞ İNFEKSİONİST

 15:51 09.07.2020     2228

“Koronavirusa yoluxan insanın xəstəlikdən sağalmasının müddəti onun orqanizmindən asılıdır”.

Bu sözləri Redaktor.az-a Baş infeksionist Cəlal İsayev deyib. O, fərdi xüsusiyyətlərindən asılı olaraq bəzi insanların daha tez sağala biləcəyini bildirib:

“Əslində bu haqda dəqiq nəsə demək çətindir. Müddətin uzun və ya qısa olması, xəstəliyin gedişatından və orqanizmdən asılıdır. Yəni, dəqiq əvvəlcədən demək olmaz ki, virusa yoluxmuş şəxs 10 günə və ya  20 günə sağalacaq”.

Cəlal İsayev virusdan sağalmış xəstənin növbəti dəfə yoluxma ehtimalından da bəhs edib:

“Bu barədə belə bir fikir mövcuddur ki, virusa yoluxandan sonra insanda immunitet yaranır. Amma necə yaranır, davamlılığı nə qədərdir, bu, dəqiq bilinmir. Düşünürəm ki, bunu növbəti müşahidələrdə öyrənmək olacaq”.

Mahir Xəttab / Redaktor.az