"Azərbaycanda gündə 2500 adam yoluxur və..." - Həkimdən ŞOK AÇIQLAMA

 13:10 16.07.2020     1442

"Birinci dəfə karantin qaydaları yumuşaldılan zaman hər şeyin taleyin ümidinə buraxılması bu günkü vəziyyəti yaratdı".

Bu sözləri Redaktor.az-a açıqlamasında tibbi ekspert Adil Qeybulla deyib. O bildirib ki, rəsmi rəqəmlərə aldanmaq olmaz, yoluxanların sayı həddindən artıq çoxdur:

"Bu gün gündəlik yoluxma sayı 2000- 2500-dən yuxarıdır. Bütün xəstələr qeydiyyatdan keçmir. Evdə müalicə alan, qonşudan resept alan, həkim tapan və s. insanların sayı kifayət qədərdir. Elan olunan rəsmi rəqəmlər bizi arxayın salmamalıdır.

Qarabağ hamımızın həssas yerimizdir. Hadisələr ektremal şəkildə baş verdi. Amma insanlar başa düşməlidirlər ki, sosial məsafə və maska taxmaq vacibdir. Ən azı bunu etmək lazımdır. Bütün bunlar insanların yoluxma fazisinin artması deməkdir. Ən qorxulu məsələ odur ki, sabah karantin ləğv olunsa, biz karantin davranış qaydalarına daha ciddi riayət etməliyik". 

Belə karantinlə yoluxmanın qarşısını almaq olmaz” – Professor Adil ...

Tibbi ekspert həmçinin artıq karantinin  ləğv olunmalı olduğunu qeyd edib:

"Karantin artıq ləğv edilməlidir. Çünki insanlar depressiyaya, panikaya düşür. Amma postkarantin davranışları izah olunmalıdır. Televiziyalarda mənasız, heç kimə lazım olmayan zəzərli verilişlərdənsə, bu istiqamətdə maarifləndirmə aparılmalıdır. Maarifləndirmə tədbirlərinə, ictimai qınaq elementlərinə üstünlük verilməlidir. Cərimələr və digər cəza tədbirləri ilə məsələlər həllini tapan deyil. Dünya təcürbəsinə əsaslanan tədbirlər həyata keçirilməlidir". 

Sevda Ulutau / Redaktor.az