Hansı hallarda koronavirusa yoluxmuruq? - İmmunoloq açıqladı

 02:25 16.07.2020     1014

Koronavirus hələ də insanlar arasında yayılmağa davam edir.

Redaktor.az xəbər verir ki, immunoloq Nikolay Kryuçkov insanların COVID-19-a hansı hallarda yoluxmamasının 3 səbəbini açıqlayıb.

1. Çox sürətli və güclü immunitetiniz var.

Nisbətən kiçik viral doza ilə belə immunitet yuxarı tənəffüs yollarının səviyyəsində işləyəcək və infeksiyanın bədənə daha da nüfuz etməsinin qarşısını alacaq. Yəni, şəxs prinsipcə yoluxmayacaq. Ekspert izah edib ki, bu vəziyyətdə simptomlar olmayacaq, ancaq koronavirusa qarşı immunitet yaranmaya bilər.

2. Virusa yoluxmusunuz, ancaq güclü immunitet reaksiyasına maliksiniz.

Bu, bir qayda olaraq mövsümi koronaviruslara yoluxan insanlarda şərti olaraq adi soyuqdəymə zamanı mümkündür. Bu vəziyyətdə mövsümi koronaviruslardan bədənlərində güclü antikorlar və ya immun T-hüceyrələri qala bilər.

İnsan bədəninin bu xüsusiyyəti sayəsində erkən spesifik immun reaksiya işə salınır. 

3. Bütövlükdə bədən güclüdür və tromboza, qeyri-kafi immun cavablara meylli deyil.

Bir insan koronavirusa yoluxubsa, immun reaksiya adi şəkildə inkişaf edir, lakin bu vəziyyətdə xəstəlik yüngül və ya asimptomatik formada davam edəcək.

Bəziləri hətta hiss etmir, diqqət etmir. Məsələn, öskürək bir neçə gün davam edir. Bununla belə infeksiya var idi və xüsusi immunitet qalır. //Publika.az

Vumart və Güvən reklamı Vumart Güvən