Gündəlik istifadə etdiyimiz çayın ZƏRƏRLƏRİ

 04:23 21.07.2020     1148

Mütəxəssislər gündəlik olaraq qəbul etdiyimiz çayın təhlükəli tərəfləri barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, çayın tərkibindəki boya hiyləsinə qarşı istehlakçıları xəbərdar edən ekspertlər bunu yoxlamaq üçün üsul da təklif edib.

Belə ki, çaydakı boya hiyləsini ən sadə üsulla, yəni, soyuq su təcrübəsi ilə anlaya bilərik. Bir qaşıq quru çayı bir stəkan soyuq suya atırıq. Məhsulda boya varsa, su qırmızı rəngə çalacaq.

Mütəxəssislər bildirib ki, çay sudan sonra ən çox istehlak edilən içki olduğuna görə, bəzi firmalar öz xeyirləri naminə insanların sağlamlığını təhlükəyə atır.