Koronavirusla bağlı aparılan testlərin sayı AÇIQLANDI
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 22-nə olan statistik göstəriciləri açıqlayıb.
Redaktor.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 8221 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 649 min 953 test aparılıb. Aktiv xəstə sayı 7805 nəfərdir, onlardan 322 nəfər reanimasiyadadır, 65 nəfər isə süni tənəffüs aparatına qoşulub.












