Koronavirusla bağlı son vəziyyət - TƏBİB
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 24-nə olan statistik göstəriciləri açıqlayıb.
Redaktor.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 9037 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 667 min 819 test aparılıb. Aktiv xəstə sayı 7365 nəfərdir, onlardan 335 nəfər reanimasiyadadır, 69 nəfər isə süni tənəffüs aparatına qoşulub.












