Niyə məhz Vitamin C vacibdir? - Hansı doza uyğundur?

Vitamin C - immun sisteminin virus əleyhinə olan reaksiyası üçün vacib rol oynayır. Vitamin C effektiv baryer funksiya və antiviral, immun reaksiya üçün cox vacibdir. Xususilə stress vəziyyətində Vitamin C-yə olan ehtiyac daha da artır.
Redaktor.az xəbər verir ki, C vitamini bədəndəki 150-dən çox metabolik funksiya üçün vacibdir. Bizim immun sistemimiz viruslara və digər patogenlərə qarşı muvafiq reaksiya verə bilməsi ücün vitamin C- nin xüsusilə yüksək konsentrasiyaya ehtiyac duyur.
Yalnız bir neçə funksiyanı vurğulayaq: Vitamin C antiviral zülalların bütöv bir kaskadına səbəb olan mitoxondrial, antiviral siqnal zülalının və interferonun əmələ gəlməsi üçün vacibdir. C vitamini olmadan dəri və selikli qişaların viruslara və digər patogenlərə qarşı təsirli bir baryer funksiyası göstərə bilmir.
İnfeksion xəstəliyin əvvəlində Vitamin C-nin orqanizm tərfindən istifadəsi artması səbəbindən bu vitaminə ehtiyac artır: Bu zaman immunitet hüceyrələrindəki C vitamini konsentrasiyası bir neçə saat ərzində təxminən 50% azalır. Əgər orqanizm kifayət qədər Vitamin C qəbul etməzsə, C vitamini çatışmazlığı riski yaranır və orqanizmin immun sistemi əhəmiyyətli dərəcədə zəifləyir.
C vitamini çatışmazlığının ciddi fəsadlara gətirir:
C vitamini çatışmazlığı riski yüksək olan xəstə qruplarını da məlumatlandırmaq xüsusilə vacibdir. Bura əzələ-skelet sisteminin xroniki iltihabi xəstəlikləri (məsələn, artrit), tənəffüs yolları və ya dəri (məsələn, astma, allergiya, neyrodermit), həzm orqanlarının (məsələn, Kron xəstəliyi, xoralı kolit) və ya onkoloji xəstəliyi olan insanlar daxildir. İltihab oksidartiv stresi yaratdığı üçün və C vitamininin sərfiyyatı artır. //Medicina.az