Koronavirusun əsas əlaməti - İybilmə niyə itir?

 06:20 27.07.2020     416

ABŞ-dakı Harvard Tibb Məktəbinin alimləri koronavirusa yoluxanlarda qoxubilmə hissinin itməsi probleminin səbəblərini araşdırıblar.

Redaktor.az xəbər verir ki, elm adamlarının fikrincə, COVID-19 xəstələrində qoxubilmənin itməsinə səbəb virusun birbaşa neyronları zədələməsi deyil. Zədələnən sadəcə həmin neyronları dəstəkləyən hüceyrələrdir.

Bu səbəbdən, alimlərin gəldikləri qənaətə görə, bir çox hallarda SARS-COV-2 qoxubilmədə iştirak edən sinir zəncirlərinə toxunmur və dayanıqlı anosmiyaya gətirib çıxarmır.

Qeyd edək ki, qoxubilmənin itməsi koronavirusun birbaşa simptomu hesab olunur və diqnostikada yüksək temperaturdan da etibarlı əlamət kimi qiymətləndirilir. //Medicina.az