Ev şəraitində hazırlanan üz maskaları

 08:16 01.08.2020     684

Dəri təmizləyici maskalar hər yaşa, hər dəri tipinə görə fərqlənir. Bu səbəblə öz dəri tipinizə uyğun dəri təmizləyici maskaları istifadə etməyiniz tövsiyə olunur.

Redaktor.az bu gün sizlərə ev şəraitində kimyəvi məhsullardan istifadə etmədən asanlıqla hazırlaya biləcəyiniz maskaların bir neçəsini təqdim edir:

Qara nöqtələr üçün təsirli maska:

- 1 ədəd limon;

- 1 kasa qatıq.

Bir limonun suyunu yaxşıca sıxın. Daha sonra limon suyunu bir kasa qatığa tökərək qarışdırın. Hazırladığınız qarışığı üzünüzə gözlərinizdən başqa hər yerinə yaxın. Limon turşusu gözlərinizi yandıracağı üçün çalışın gözlərinizə dəyməsin. 15 dəqiqə sonra quruyaraq gərginləşdiyini görəcəksiniz. İlıq bol suyla maskanı yuyun. Bu maskanı həftədə 1 dəfə tətbiq edin və qara nöqtələrin yox olduğunu görəcəksiniz.

Dərini canlandıran  maska:

- bir çimdik darçın;

- yarım stəkan süd;

- bir çimdik dəfnə yarpağı;

- 1 ədəd yumurta;

- bir az ərik suyu.

Qaysı suyuna darçını və dəfnə yarpağını əlavə edin və qarışdıraraq qaynadın. Daha sonra süd və yumurta da əlavə edərək qarışdırın. Bədəninizdə istədiyiniz yerlərə bu maskanı tətbiq edin. 10 dəqiqə sonra ilıq və bol suyla durulayın. Sızanaqlara qarşı da təsirli olan bu maska dəriyə parlaqlıq və canlılıq verir.