Reanimasiyada müalicə alanların sayı azalıb - KORONAVİRUS

 01:59 04.08.2020     857

Azərbaycanda koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb. Hazırda reanimasiya şöbəsində müalicə alan xəstələrin sayı 259 nəfərdir. Avqustun 2-də isə həmin şöbədə müalicəsini davam etdirənlərin sayı 272 nəfər idi.

Bu barədə Redaktor.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib

Xəstələrdən 62 nəfər süni tənəffüs cihazına qoşulub. Ötən gün də bu say 62-yə bərabər idi. Hazırda ölkəmizdə 4456 aktiv koronavirus xəstəsi var. Avqustun 2-də isə aktiv xəstə sayı 4868-ə bərabər idi.

Vumart və Güvən reklamı Vumart Güvən