Azərbaycanda ŞOK: Arıqladıcı çaylara narkotik qatırlar? - HƏKİM AÇIQLADI...

 15:22 04.08.2020     1486

Koronavirusla bağlı uzun müddətdir karantin rejimi tətdbiq edilir. Bu, insanlarda psixoloji sarsıntı, depressiya və başqa sağlamlıq problemlərinə səbəb olub. Karantinin yaratdığı sağlmalıq problemlərindən biri də artıq çəki - kökəlmədir. 

İnsanlar karantin zamanı aldıqları artıq çəkilərdən tez və asan yolla qurtulmağa çalışırlar. Bunun üçün istifadə olunan üsullar isə sağlamlığa olduqca zərərlidir. Onlardan biri də arıqlatma çaylardır. 

Bəs, bu çaylar həqiqətən arıqlamağa kömək edirmi? Etsə belə, yan təsirləri varmı?

Həkim-dietoloq Ləman Süleymanova Redaktor.az-a bildirib ki, karantin dönəmində bəzi insanlar 8-10 kilo çəki artırıb. Belə insanlar arasında qadınlar üstünlük təşkil edir: 

"Sərt qadağalar insanlarda çox böyük psixoloji sarsıntıya səbəb oldu. Bu dövrdə insanlar əsasən əsəb və stressdən çox yeməyə başladılar. Kilo alanların təxminən 40 faizi kişilərin, 50-60 faizi isə qadınların payına düşür. Aya 2-3 kilo çəki artıran bəzi insanlar bu müddət ərzində 8,9, 10 kilo kökəliblər. İnsan yeyir və birdən güzgüyə baxanda özünü eybəcər şəkildə görür. Bundan qurtulmaq üçün daha rahat vasitəyə əl atır, tez bir zamanda artıq çəkidən qurtulmaq istəyir. Ən sadə üsul isə arıqladıcı çaylar, kokteyllər hesab edilir".

Həkim-dietoloq qeyd edib ki, bu cür vasitələr orqanizm üçün olduqca zərərlidir, lazimi maddələri yuyur, immuniteti zəiflədir və daha sonra sürətli kökəlməyə səbəb olur:  

200 kilo olan xəstəm 85 kiloya düşüb

"Savadsız, heç bir tibbi təhsili olmayan insanlar sosial şəbəkələrdə bu məhsulları reklam edir, insanları aldadırlar. Bundan başqa, apteklərdə də yalançı çaylar var. Hətta televiziya reklamlarında da bu məhsullar göstərilir. Amma insanlar fərqinə varmırlar ki, həmin o vasitələrin tərkibində çox zəhərli, insan orqanizminə mənfi təsir göstərən maddələr yer alıb. Bu maddələr daxildə olan bütün faydalı elementləri yuyub aparır. Sadəcə piylər boşalır, əslində piy parçalanmır. 5 kilo itirirən insanda həmin vasitəni dayandıran kimi ikiqat sürətli çəki artımı başlayır. Bu, ən yaxşı halıdır. Daha zərərli tərəfi isə odur ki, bu vasitələrin tərkibində çox qorxulu maddələr, narkotik var. İnsan orqanizminə çox mənfi təsir göstərir və xərçəng xəstəliyi əmələ gətirir. Bütün daxili strukturu sıradan çıxarır. Xüsusilə pandemiya dönəmində arıqladıcı preparatlardan istifadə etmək qəti qadağandır".

Sevda Ulutau / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən