Türkiyə ölkəmizə tibbi yardım göndərəcək
Türkiyədən Azərbaycana növbəti dəfə tibbi ləvazimat göndəriləcək.
Redaktor.az xəbər verir ki, tibbi ləvazimatlar ölkəmizə Azərbaycan hökuməti ilə səhiyyə sahəsində yardım edilməsinə dair iyunun 6-da imzalanan memoranduma uyğun olaraq gətiriləcək.
Türkiyədən Azərbaycana 30 ədəd süni tənəffüs aparatı, 35 min ədəd kombinezon, 50 min ədəd N95 maska, 100 min ədəd cərrahi maska, 5 min tibbi eynək, 200 min əlcək və virusun müalicəsində istifadə olunan 40 min qutu müxtəlif dərman preparatı göndəriləcək.












