İmmunitetinizi gücləndirəcək üç giləmeyvə

 08:19 10.08.2020     798

Rusiyalı fitnes-dietoloq Anna Yolkina insanın immunitetini gücləndirən üç giləmeyvənin adını açıqlayıb.

Redaktor.az xəbər verir ki, dietoloq  immuniteti gücləndirən giləmeyvələr arasında birinci yeri çaytikanı bitkisinin tutduğunu deyib. Onu çaya, kokteylə qatmaq və ya adi qaydada yemək olar.

İkinci yerdə isə mərcangilədir. Bu meyvə vitamin çatışmazlığı xəstəliyində əvəzsizdir. Mərcangilə arterial təzyiqin yüksəlməsi, zökəm, qrip zamanı istifadə etmək olar.

Üçüncü yeri isə quşüzmü tutur. Quşüzmü dərinin tonlandırılmasını qoruyur. Ondan eyni zamanda hərarət salıcı vasitə kimi də istifadə etmək olar.//Saglamolun.Az

Vumart və Güvən reklamı Vumart Güvən