Bu fəsildə doğulan insanlar daha çox yaşayır

 06:40 15.08.2020     380

İnsanın doğulduğu fəsil onun sağlamlığına ciddi təsir edir.  

Redaktort.az xəbər verir ki, Amerika alimləri genişmiqyaslı araşdırma zamanı aşkar ediblər ki, uzunömürlülərin əksəriyyəti payızda və xüsusilə də noyabr ayında doğulan insanlardır.

Mütəxəssislərin fikrinə görə, bunun səbəbi payızda uşaq dünyaya gətirən anaların hamiləlik boyu daha yaxşı qidalanmasıdır. Bu uşaqlarda beyinin və digər strukturların formalaşmasının ən vacib dövrü yaya təsadüf edilir. Yayda meyvə və tərəvəzlər bol olur ki, insan daha çox miqdarda orqanizm üçün əvəzsiz olan vitamin və mineralları qəbul edir. Bunun nəticəsində ana bətnində daha sağlam orqanizm formalaşır.

Bundan əlavə alimlərin fikrinə görə, uzunömürlülərin əksəriyyətində bu kimi xüsusiyyətlər var: ətrafdakılara qayğı göstərmək, fiziki aktiv olmaq, çox işləmək, sosial həyatda fəal olmaq, həyata pozitiv baxmaq.//Saglamolun.Az

Vumart və Güvən reklamı Vumart Güvən