Süni tənəffüs cihazındakı xəstələrin sayı azaldı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 20-nə olan statistik göstəriciləri açıqlayıb.
Redaktor.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1738 nəfər aktiv koronavirus xəstəsi var.
Onlardan 179 nəfər reanimasiyada, 24 nəfər isə süni tənəffüs cihazındadır.
Ümumilikdə 34 min 759 nəfər virusa yoluxub, 32 min 511 nəfər sağalıb.
Qeyd olunub ki, bu gün 6174 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 855 min 802 test aparılıb.
Qeyd edək ki, bu gün 139 koronavirusa yoluxma faktı qeydə alınıb, 148 nəfər sağalıb.












