Dietoloq köklüyə səbəb olan içkiləri açıqladı

 07:40 30.08.2020     112

Şirin, südlü, siroplu və ya qaymaq tərkibli, yüksək kalorili qəhvə köklüyə səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, Bu barədə rusiyalı mütəxəssis Nataliya Kruqlova məlumat verib. O qeyd edib ki, belə içkiləri kökəlmək istəyən insanlar içməlidir:

“Əgər qəhvəyə şəkər, qaymaq və şərbət əlavə olunursa, bu içki lazımi miqdarda vitamin və mineral ehtiva etməyən yüksək kalorili məhsula çevrilir. Bunlar sadəcə boş karbohidratlar və doymuş yağlardır. Kökəlmək arzunuz varsa, bu içkilərdən istifadə edə bilərsiniz”.

Bundan əlavə, dietoloq alternativ süd növlərinin - qoz, qarabaşaq yarması və yulaf, soyanın qəhvəyə əlavə edilməsinə şübhə ilə yanaşdığını bildirib. Nataliya Kruqlovanın sözlərinə görə, bunu yalnız süd zülalına qarşı dözümsüzlüyü olanlar etməlidir. Fakt budur ki, bu cür məhsulların qida dəyəri xeyli aşağıdır. İnək südü bitki südü ilə müqayisədə amin turşusu baxımından daha dəyərlidir.//Big.az