Piylənmənin 10 əsas səbəbi - BUNLARA DİQQƏT!

 00:25 09.09.2020     1507

Gözəl bədən ölçülərinə sahib olmaq həm sağlamlıq, həm də vizual baxımdan önəm daşıyır. İnsanlar bu məqsədlə bir çox üsullara əl atır, müxtəlif dieta və idman texnikalarından yararlanırlar. Lakin bir çox hallarda bu üsullar fayda vermir. Çünki problem insan orqanizmindəki hormonların fəaliyyətinin pozulmasından irəli gəlir. Bəs arıqlamağa mane olan hormonlar hansılardır?

Redaktor.az  sözügedən hormonları təqdim edir:

  • İnsulin dirənci. Qarın və qaraciyər piylənməsinə səbəb olur. Aclıq krizi, doymama hissi, halsızlıq və ya tez acma kimi şikayətlərə yol açır. 8 saat ac qaldıqdan sonra insulin və qan şəkərini səviyyəsini ölçməklə müəyyən edilir.
  • Qalxanvari vəzi hormonlarının səriştəsiz fəaliyyəti. Qalxanvari vəz ifrazatının zəifləməsi  bədəndə su tutumu, ödəm, piylənmə, əzələ ağrıları, qəbizlik və s yarada bilər. Dəqiq diaqnoz qandakı hormon səviyyəsini yoxlamaqla qoyulur.
  • Kortizol. İnsan orqanizmi stress şəratində kortizol hormonu ifraz edir. Bəzi insanılar gündəlik həyatda həddindən çox stress və kortizol ifraz edir və bu sizin arıqlamanıza mane ola bilir. Belə ki, davamlı aclıq hissi yaradaraq, şirniyyat və karbohidrat tərkibli qidalara yeməyə sövq edə, nəticədə qarın və bel bölgəsində piylənmə yarada bilər.
  • D vitamini çatışmazlığı. Gün şüasından uzaq qalmaq bu vitaminin depolanmasına mane olur. Əzələ-sümük ağrısı, halsızlıq, zəif imumnitet nəticəsində infeksiyaların yaranmasına, sümük əriməsinə səbəb olur.
  • Cinsiyyət hormonlarının azalaması. Kişilərdə testosteron, qadınlarda estoregen hormonlarının səviyyəsinin azalması ilə müşaiyət olunur. Kişilərdə testosteron azlığı, əzələ gücüdə zəiflik, ereksiyanın olmaması, yağlanmanın artması və sonsuluğa səbəb olur. İsti basmalar, stress, ürək döyünməsi, piylənmə kimi əlamətlər göstərir.
  • Böyümə hormonunda artım. Böyümə hormonunda pozğunluq  boyun qeyri-mütənasib böyüməsinə, piylənməyə, şəkər və ürək xəstəliklərinə zəmin yaradır.
  • Serotonin çatışmazlığı. İştah və yuxunun tənzimlənməsində rol oynayan və beyində istehsal olunan çox önəmli hormondur. Orqanizmdə serotoninin azlığı şirniyyat məhsullarını tələbat yaradır. Xüsusilə şokoladın tərkibində olan “triptofan” adlı maddə beyində serotoninə çevrilərə, xoşbəxtlik hissi yaradır. Nəticə etibarilə bu hal artıq çəki yığmağınıza səbəb olur.
  • Prolaktin yüksəkliyi. Hipofiz vəzində ifraz edilən hormondur. Qadınlarda menstruasiya, süd vəzilərinin qeyri-normal fəaliyyəti, tüklənmə, kişilərdə ereksiyanın olmaması və görmə qabiliyyətinin itməsi ilə müşaiyət olunur. Dərman və bəzi hallarda tibbi cərrahiyyə ilə aradan qaldırılır.
  • Böyrəküstü vəzilərin həddindən artıq fəliyyəti. Böyrəküstü vəzilərin həddindən artıq fəaliyyyəti kortizol ifrazatının artmasına səbəb olur. Bu hal piylənmə, insulin direnci, şəkər xəstəliyi, təzyiq, tüklənmə və s problemlər yaradır.
  • Hipoqlikemiya. Qan şəkərinin düşməsi şirniyyat istəyini artıraraq kökəlməyə səbəb olur. Müalicə, qida rasionunda dəyişiklik etmək və müvafiq dərmanların qəbulu vasitəsilə aparılır.

Lalə Cəfərli / Redaktor.az