“Koronavirusa yoluxma soyuq aylarda arta bilər" - EKSPERT

 17:10 01.09.2020     485

“Karonavirus hava-damcı infeksiyasıdır. Hava-damcı infeksiyaları mövsümi xarakter daşıyaraq, ilin soyuq aylarında geniş yayılır. Bu baxımdan, koranavirus infeksiyasının soyuq aylarda artması gözlənilir”.

Bu sözləri həkim-infeksionist Vüqar Cavadzadə, Redaktor.az açıqlamasında koronavirusun soyuq havalarda artması barədə danışarkən deyib. O bildirib ki, virusdan qorunmaq üçün payız-qış aylarında da maskadan istifadə etmək önəmlidir:

“Şübhəsiz ki, ilin soyuq aylarında koronavirus infeksiyasına yay aylarına nisbətən çox rast gəlinir. Həmçinin, qış aylarında digər hava-damcı infeksiyalarının yayılması çox ciddi çətinliklər törədə bilər. Bunu qarşısın almaq üçün payız, qış və yaz aylarında daimi olaraq maskadan istifadə etməli, qapalı yerlərə getməkdən çəkinməliyik”.

Lalə Cəfərli / Redaktor.az

2