Orqanizmi təmizləyin, xəstəliklərdən uzaq olun

 08:33 05.09.2020     331

Xəstəliklərimizin ən böyük səbəbkarı orqanizmin çirklənməsidir. Gün ərzində qəbul etdiyimiz qidalar vasitəsilə bədənimizə yüzlərlə bakteriyalar daxil olur.

Redaktor.az xəbər verir ki, orqanizmin infeksiyalardan təmizlənməsi sağlam həyat və uzun ömür deməkdir. Qanı təmizləmək üçün aşağıdakıları edə bilərsiniz:

· Payızda zəncirotunun kökünü yığıb qurut. 2 xörək qaşığı zəncirotu kökündən 1 stəkan qaynar suya töküb, vam odda 10 dəqiqə qaynat. Kənara qoyub, 40 dəqiqə saxla. Gündə 3 dəfə yeməkdən 15 dəqiqə əvvəl bu qarışıqdan yarım stəkan qəbul etmək qandakı çirki təmizləyəcək. Müalicə 1 həftə davam etdirilməlidir.

· Fincana süd və tünd dəmlənmiş çay tök. Üzərinə 2 çay qaşığı şəkər tozu və ya bal əlavə edib, gündə 4 dəfə iç. Müalicəni 1 həftədən artıq təkrarlamaq olmaz.