Ürək-damar xəstəliyi olanlar üçün PƏHRİZ

 06:30 06.09.2020     605

Bu pəhriz  ürək-damar xəstəliyi olan xəstələr üçün nəzərdə tutulub.

Pəhrizin məqsədi qan dövranını yaxşılaşdırmaq, ürək-damar sisteminin fəaliyyətinin normal işləməsinə köməklik göstərməkdən ibarətdir.

Pəhrizə kalori və enerji dəyəri az olan, qara ciyərin yükünü ağırlaşdırmayan, həzm prosesini yüngülləşdirən qida maddələri daxildir. O cümlədən sinir sistemini qıcıqlandıran qida maddələri də rasiona daxil deyil.

Ürək-damar sistemi xəstələri gün ərzində 5 dəfə qidalanmalı və tərkibində kaılium, maqnium olan qidalara üstülük verməlidir. Belə xəstələr mədə-bağırsaq sisteminin fəaliyyətini nəzarətdə saxlamalı, qəbizliyə yol verməməli, çox maye qəbul etməməlidirlər.

Ürək-damar sistemi xəstəliyi olan adamlara aşağıdakıları yemək olmaz:

- təzə ağ çörək
- ət, balıq, göbələk bulyonları
- ördək, qaz əti
- qara ciyər
- xaş
- hisə verilmiş qidalar
- ət konsevləri
- balıq kürüsü
- qızardılmış yumurta
- turşular
- sarımsaq, acı bibər, istiot, ədviyyatlar
-  çay, kofe

Belə xəstələrə nələri yemək olar?

- II növ buğda unundan duzsuz çörək
- vegeteryan şorbaları (kartof, yerkökü, göyərti, müxtəlif tərəvəzlərlə birgə)
- qızardılmamış, yağsız quzu, mal, toyuq, hind quşu əti
- dəniz məhsullarından qızarılmamış qidalar
- süd və süd məhsulları
- gündə 1 soyutma yumurta
- təzə tərəvəzlərdən müxtəlif salatlar
- meyvə şirələri, bitki dəmləmələri
- şit kərə və bütün növ bitki yağları.