İsti havada bu məhsulları yeyin - Sərinləşdirir...

 04:22 09.09.2020     481

Yay aylarında qəbul edəcəyimiz bu məhsullar həm sərinləşdirir, həm orqanizmimizi vitaminlə təmin edir, həm də çəkimizi qorumağa kömək edə bilər. Bəs onlar hanıslardır? Redaktor.az sözügedən məhsulları təqdim edir:

1. Qarğıdalı

Təzə qarğıdalı yayın favoritləri arasındadır. 1 stəkan bişmiş qarğıdalıda 5 qram lif var və cəmi 117 kaloridir. Günəşin zərərli şüalarının ziyanlarını aradan qaldırmağa kömək edir.

2. Buzlu qəhvə

Gündə 1 fincan qəhvə dəri xərçəngi riskini azaldır. Bu nəticələr "European Journal of Cancer Prevention" jurnalında yayımlanıb.

3. Albalı

Sağlamlıq üçün faydaları saymaqla bitmir. Albalı suyu gecə keyfiyyətli yuxunun ən yaxşı dərmanıdır. Bu meyvənin tərkibindəki birləşmələr həmçinin arıqlamağa, bədəndəki artıq yağları yandırmağa kömək edir.

4. Pomidor

Yayın yandıcı günəşindən qorumaq üçün kremlərlə yanaşı pomidorun da faydası var. Belə ki, bu məhsulun tərkibindəki likopen günəş yanıqlarından dərini müdafiə edir.

5. Moruq

Xolestrolun azalmasına kömək edən liflərlə zəngindir. 1 stəkan moruq cəmi 64 kaloridir. Bu isə arıqlamağa da kömək edə bilər.

6. Buzlu çay

Müntəzəm çay içmək alzaymer və diabetik xəstəliklər riskini azaldır. Hansı növü olmasından asılı olmayaraq təzə dəmlənmiş çayın içilməsi flavonoidlərin təsirini artırır.

7. Qaragilə

Antioksidan dəyərinə görə tut və nardan sonra üçüncüdür. Bu meyvə əzələlərdəki sərbəst radikalları aradan qaldırır və bu yolla da yorğunluğunuzu azaldır.

8. Çiyələk

1 stəkanı cəmi 50 kalori olan çiyələk C vitamini ilə zəngindir. Bu isə immun sistemini gücləndirməklə yanaşı, dərinizi də gözəlləşdirəcək.

9. Qabaq

Yaşla bağlı olaraq gözdə yaranan zəifləmənin, bəzi xəstəliklərin qarşısını almağa kömək edir.

10. Təzə Lobiya

Cəmi 1 stəkan bişmiş lobiya mükəmməl K vitamini qaynağıdır. Güclü və sağlam sümüklər üçün isə bu çox vacibdir. //Medicine.az