Ürəyini sevənlər bu məhsulları bol-bol yesin SİYAHI

 02:24 10.09.2020     972

Ürək həyati əhəmiyyətli ən vacib orqanımızdır.

"BakuPost"un məlumatına görə, sağlam ürək üçün idman və sağlam qidanın əsas şərt olduğunu mütəxəssislər də hər dəfə açıqlayırlar. Qəbul etdiyimiz bəzi qidalar belə onun sağlamlığına təsirsiz ötüşmür. Bunun üçün də aşağı yaşlarda qazana biləcəyimiz bəzi vərdişlər uzun illər ürəyimiizn bizi yarı yolda qoymamasına kömək edə bilər. Bəs bu məhsullar hansılardır?

Fındıq

Fındığın tərkibində yağ var, amma bu yağ xolestrolun azalmasına kömək edən maddədir. Bundan başqa çərəzdə damarları qoruyan E vitamini də boldur. Gün ərzində bir ovuc kişmiş qatılan fındıq qəbulu məsləhətdir.

Zeytun yağı

Doymuş yağlar yerinə daha sağlam olan zeytun yağına üstünlük verin. Bu qandakı xolestrolu azaldır, təzyiqi tənzimləyir. Bu məhsulun son dərəcə faydalı olduğunu dünyanın müxtəlif ölkələrində aparılan araşdırmalar da ortaya qoyub.

Əsl zeytun yağı soyuducuda kərə yağı kimi bərkiyir - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

Düyü

Bol miqdarda E və B vitamini var.

Qidamızın

 

Pomidor

Qırmızı rəng verən likopen adlı birləşmə damarlarda xolestrol toplanmasının qarşısını alır.

 

Soğan

Damarların divarlarının zərər görməsinə mane olur.

Lobiya

İstər qurusu, istərsə də təzəsi mükəmməl qidadır. Bu qida damar tıxanıqlıqlarının qarşısını alır.

Yaşıl lobya nə ilə faydalıdır?

Ispanaq

Yüksək təzyiqə qarşı savaşan məhsuldur. Maqneziumla zəngindir.

İspanaq - göyərtilərin şahı. Faydası və müalicəvi xüsusiyyətləri

Sarımsaq

Qanın laxtalanaraq damarları bağlamasının qarşısını alır. Araşdırmaçılar gündə bir diş sarımsaq yeməyi məsləhət görürlər.

Sarmısaq suyunun faydası

Qreypfurt

Əla C vitamini mənbəyidir. Damarları divarlarını zədələnməkdən qoruyur.

 

Yulaf

Xolestrolu bədəndən təmizləyir. Gündə yarım fincana yaxın yulaf yeyənlərdə xolestrol miqdarı 20 faizə kimi azalır.

 

Çay

Keçmişdə ürəyi xəstələrə çay içmək qadağan edilirdi. Bu gün isə onun tərkibindəki maddənin damar çəpərlərində xolestrol toplanmasına mane olduğu deyilir. Qanın laxtalanma riskini də azaldır.

 

 

Alma

Gündə bir alma yeyən adamların ürək xəstəliklərindən qorxmasına da ehtiyac yoxdur. Buna səbəb onun içərisindəki liflər və müxtəlif vitaminlərin toplanmasıdır. //Bakupost