Azərbaycanda KORONAVİRUSLA bağlı çox pis xəbər - "Payız-qış aylarında..." / VİDEO

 23:20 10.09.2020     1577

"Havaların soyuması ilə bəzi mövsümü xəstəliklərin, infksiyaların və qripin baş qaldırma ehtimalı yüksəlir ki, bu da koronvirusla bağlı vəziyyəti daha da pisləşdirə bilər.

Bu sözləri Redaktor.az-a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev payız-qış aylarında yaranan mövsümü xəstəliklərin koronavirusa olan təsirindən danışarkən deyib.

 

“Soyuq aylarda respirator infeksiyalar artdıqca koronavirusun yayılması da arta bilər. Həmçinin, koronavirus yanaşı gedən xəstəlik kimi xəstəliyin kliniki gedişatını artıra bilər. Çünki bu xəstəliklərin bəziləri də koronavirus kimi hava və damcı yolu ilə keçir. Mövsümü viruslardan qorunmaq üçün də COVID-19-a qarşı hansı əks epidmik tətbirlər həyata keçirilirsə, eynisini etməliyik”.

Mahir Xəttab \ Redaktor.az