Koronavirusla bağlı Şad Xəbər

 20:08 16.09.2020     420

ABŞ alimləri koronavirusu neytrallaşdıran molekul kəşf etdiklərini açıqlayıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Amerikanın Pitsburq universitetində hazırlanan tibbi preparat siçanlar üzərində sınaqdan keçirilib və koronavirus simptomlarını 10 dəfə azaltdığı müşahidə olunub.

Qeyd edək ki, sözügedən molekulun hüceyrələrə yapışmaması, insan orqanizmi üçün əks təsir yaratmayacağını da göstərib.

Lalə Cəfərli / Redaktor.az