Kütləvi yoluxma qeydə alınan bazar bağlandı - Azərbaycan

 18:12 17.09.2020     432

Nazirlər Kabineti yanında Operativ Qərargah Şəkidə "Bazar" adlanan ərazidə koronavirus infeksiyasına kütləvi yoluxma faktı ilə bağlı məlumat yayıb.

Redaktor.az xəbər verir ki, Qərargahdan bildirilib ki, mövcud vəziyyətdə infeksiya ocağının bazar olduğu nəzərə alınaraq, yaxın günlərdə profilaktik dezinfeksiya işləri məqsədilə, Operativ Qərargah tərəfindən bazarın müvəqqəti bağlanması qərarı verilib.

Qeyd edək ki, həmin ərazidə sentyabrın 1-dən bu günə qədər götürülən test nümunələrinin 13-də koronavirus testi pozitiv olub //Report