Türkiyədə koronavirusa yoluxanların sayı 300 minə yaxınlaşır

 23:30 18.09.2020     295

Türkiyədə son sutka ərzində koronavirusdan 62 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, son 24 saatda 111 113 şübhəli koronavirus testindən keçib, onlardan 1771-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1402 nəfər olub, 1060 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 299 810 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 264 805 nəfər sağalıb, 7377  nəfər ölüb. //Axşam.az