Koronavirus yox olmayacaq - PROQNOZ

 07:16 27.09.2020     253

Beynəlxalq mütəxəssislər vətəndaşların kütləvi peyvənlənməsindən sonra da koronavirus infeksiyasının bəşəriyyətdə qalacağını söyləyirlər.

Redaktor.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Bununla birlikdə, həkimlər qeyd edib ki, COVID-19 “nəzarət olunan virus” olacaq və dünya əhalisi üçün adiləşəcək.

“Bir çox insan peyvəndlərin virusları avtomatik olaraq məhv etdiyini düşünür. Ancaq bu, belə deyil”, - virusoloq Angela Rasmussen açıqlamasında deyib.

Mütəxəssislərin fikrincə, gələcəkdə koronavirusun fəsadları azalacaq, çünki dərmanlar sayəsində insanlarda immunitet yaranacaq. Həkimlər bildirib ki, gələcəkdə immunitet yaddaşı əhəmiyyətli rol oynayacaq.

İkan Tibb Fakültəsinin peyvəndşünaslıq professoru Florian Krammer hesab edir ki, uzun müddətdə insanların uşaqlıq dövründə peyvəndlənməsi də immuniteti gücləndirəcək.

“Virus gələcəkdə 50 yaşdan yuxarı yüksək risk qrupuna daxil olduqda, yəqin ki, ciddi xəstəlikləri olmayacaq”, - mütəxəssis əlavə edib.

Ekspertlər koronavirusla effektiv mübarizə aparmaq üçün müalicə metodlarının təkmilləşdirilməsinin və yeni dərmanların əldə edilməsinin vacib olduğunu bildiriblər. //publika.az