Bu saatdan sonra yatan uşaqların immuniteti zəif olur

 06:24 08.10.2020     454

Uşaqları payız-qış xəstəliklərindən, viruslardan qorumaq üçün immunitetlərini möhkəmlətmək barədə çox yazılar oxuyur, araşdırır, övladlarınıza müxtəlif vitaminlər verirsiz.

Redaktor.az-ın məlumatına görə, rusiyalı professor Andrey Prodeus ən çox fikir verilməli məqamın yuxu olduğunu bildirib.

İmmuniteti hər hansı preparatsız qaldırmağın yolu uşağın yuxu rejiminə nəzarətdir.

Əgər uşaq gecə 22:00-dən sonra yatırsa, valideynləri ilə birgə oyaq qalırsa onun immun sistemi elə həmin gündən zəifləyir. Bu uşaq səhər gümrah oyana bilməz, o artıq virus və bakteriyalara qarşı bir pillə yaxınlaşır.

Vitaminlərdən isə əsas D-nin normada olmasına diqqət yetirin. İmmunitetin vitamini D-dir. Uşağa D ilə zəngin yumurta, yağlı balıqlar, qaraciyər verin. //Medicina.az

Vumart və Güvən reklamı Vumart Güvən