Koronavirusdan sonra yeni pandemiya... - BÖYÜK TƏHLÜKƏ
Türkiyə Özəl Xəstəxanalar Platforması tərəfindən koronavirusla bağlı zirvə görüşü keçirilib.
Redaktor.az xəbər verir ki, “Pandemiya və Sağlamlığın davamlılığı” başlığı altında keçirilən onlayn görüşdə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, koronavirusdan sonra dünyada yeni pandemiya yayıla bilər:
"Ümid edirəm ki, pandemya qısa zamanda xəbər başlığı kimi aktuallığını itirəcək. Amma aydın başa düşmək olar ki, COVID-19 pandemiyası bitsə belə, bənzər formada başqa bir pandemiya ortaya çıxa bilər. Bu hər an üçün mümkündür”.
F.Koca koronavirusun hələ bitmədiyini də qeyd edərək, müəyyən tədbirlər görməyə davam etməyin vacibliyini qeyd edib.
Şəfəq Samed / Redaktor.az












