Azərbaycanda yoluxma niyə artır? - "Vəziyyət ağırlaşa bilər..."

 15:07 16.10.2020     554

Koronavirus pandemiyası üzrə statistika yüksəlməyə davam edir. Bəs, yoluxmanın artmasının səbəbin nədir?

Bu barədə Redaktor.az-a müsahibəsində professor Adil Qeybullan bildirib ki, virusa yoluxma hallarının artmasına səbəb pandemiyanın arxa plana keçməsidir:

"Bu virusla mübarizə sanki unudulub. Artıq uzun müddətdir ki, televiziya ekranlarında maarifləndirici verlişləri yaxud statistik məlumatları əhatə edən danışıqları görmürük. Karantin müddətində belə proqramlar olurdu və insanlar da bu kimi məlumatları televiziya vasitəsilə alırdılar. Düzdür, indi Qarabağ məsələsi gündəmdədir. İnsanlar bu məsələnin fonunda yaranan emosional durumda virusu unudublar. Amma bu qətiyyən unudula bilməz. Pandemiya ilə mübarizə indiki durumda ən birinci yerdə olmalıdır. Dəhşətli vəziyyət koronavirusun ön cəbhəyə sirayət etməsidir. Əgər belə bir hadisə baş verərsə, bizim uğurlarımızda problem yarana bilər. Hesab edirəm ki, bununla bağlı ciddi məsuliyyət lazımdır. Hərbi zona, yaxud ön cəbhədə də buna diqqət edilməldir. Bu məsələ ilə bağlı maarifləndirici məlumatlara davam edilməlidir.

Professor qrip və COVID-19-un oxşarlıqlarından da danışıb:

"Havaların soyuması ilə soyuq dəymə xəstəlikləri də paraleldə inkişaf edə bilər. COVID-19-la qripin oxşar əlamətləri çoxdur. Buna görə hər ikisini bir-birindən ayırmaq çətinlik yarada bilər. Tələb olunan qaydalara əməl edilmədikdə yoluxma statistikasında artım müşahidə oluna bilər. Belə olduqda isə sərt tədbirlər qəbul edilə bilər".

Şəfəq Samed \ Redaktor.az