Azərbaycanda COVID-19-a yoluxma iki səbəbdən sürətlə artır - HƏKİM İNFEKSİONİST
Koronavirus (COVID-19) pandemiyası yenidən artmağa davam edir. Əvvəllər 2 rəqəmli olaraq görməyə alışdığımız statistika artıq artan istiqamətdə hərəkət edir. Bəs, yoluxma hansı həddə qədər yüksələ bilər?
Redaktor.az-a müsahibəsində infeksionist Nazxanım Qasımova bildirib ki, yoluxmanın statistikasının irəliləməsi, yaxud aşağı düşməsi ilə bağlı dəqiq fikir söyləmək çətindir. Bu, tamamilə insanların özlərini qorumasından, virusa qarşı nə dərəcə məsuliyyətli yanaşmasından asılıdır. Rəqəmlər artarsa, tibbi ehtiyat baxımdan buna hazırıq. Lakin yaxşı olardı ki, insanlar tələb olunan qaydalara əməl etsinlər və artım müşahidə olunmasın".
İnfeksionist yoluxmaların səbəblərindən danışaraq bildirib ki, statistikanın artmasına əsas iki amil səbəb olur:
“Payız fəsli olduğu üçün digər infeksiyalar artır, bunun nəticəsində insanların immuniteti aşağı düşür. Digər səbəb isə insanların özünü qorumamasıdır. Yəni, insanlar maskadan düzgün istifadə etmir, əl dizinfeksiyasını unudurlar”.
Şəfəq Samed \ Redaktor.az