Dünyada koronavirusa sutkalıq yoluxmada rekord ARTIM
Dünyada sutka ərzində COVID-19-a yeni yoluxma halları rekord həddə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Qeyd edilir ki, təhlükəli infeksiyaya bir gün ərzində 423819 yeni yoluxma qeydə alınıb. Pandemiya ərzində virusa ümumi yoluxma 41104946 nəfərə yüksəlib.
Bundan başqa, bir gün ərzində virusdan ölüm hallarının sayı 6424 pasiyentə, ümumilikdə isə 1128325 nəfərə yüksəlib.
Pandemiyanın əvvəlindən dünyada ümumilikdə 41,1 milyondan çox yoluxma qeydə alınıb. Eyni zamanda təhlükəli infeksiyaya yoluxmuş 20 milyondan çox insan sağalıb, milyondan çox koronavirus pasiyenti ölüb. //Report












