ÜST: Dünyada koronavirusa rekord yoluxma qeydə alınıb

 05:09 24.10.2020     252

Dünyada koronavirusa yoluxanların sayı 41,57 milyonu ötüb, virusdan 1,135 milyondan çox yaxın insan ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada 41570883 insan koronavirusa yoluxub, 1.134.940 pasiyent ölüb.

Son sutka ərzində dünyada koronavirusa rekord sayda – 445.419 yoluxma halı aşkarlanıb, 6.512 nəfər ölüb.

Ən çox yoluxma ABŞ (8.248.149 nəfər), Hindistan (7.761.312 nəfər), Braziliya (5.298.772 nəfər) və Rusiyada (14.806.46 nəfər) qeydə alınıb.