Koronavirusa yoluxanların sayı 42 milyonu keçdi - STATİSTİKA
Dünyada 42 milyon 490 min 278 nəfərdə koronavirus aşkarlanıb.
Redaktor.az xəbər verir ki, virusdan 1 milyon149 min 237 xəstə ölüb, 31 milyon 427 min 585 nəfər sağalıb.
Asiyada 12 milyon 983 min 722, Şimali Amerikada 10 milyon 482 min 747, Cənubi Amerikada isə 9 milyon 274 min 79 nəfərdə virus aşkarlanıb.
Virusa yoluxma sayı 1 milyonu keçən dövlətlər ABŞ (8 746 953 nəfər), Hindistan (7 814 682 nəfər), Braziliya (5 355 650 nəfər), Rusiya (1 480 646 nəfər) İspaniya (1 110 372 nəfər), Argentina (1 069 368 nəfər) və Fransadır (1 041 075).
İranda 556 891, Türkiyədə 357 693, Ermənistanda 73 310, Gürcüstanda isə 24 562 nəfərdə koronavirus müəyyən edilib.
Azərbaycanda koronavirusa yoluxan 48 221 nəfərin 656-sı ölüb, 40 831-i sağalıb. //Oxu.az












