Koronavirusla bağlı SON STATİSTİKA
Dünyada 43 milyon 777 min 188 nəfərdə koronavirus aşkarlanıb.
Redaktor.az xəbər verir ki, virusdan 1milyon 164 min 516 xəstə ölüb, 32 milyon 182 min 181 nəfər sağalıb.
Asiyada 13 milyon 230 min 734, Şimali Amerikada 10 milyon 732 min 531, Cənubi Amerikada 9 milyon 408 min 837, Avropada 8 milyon 628 min 924, Afrikada isə 1 milyon 738 min 877 nəfərdə virus aşkarlanıb.
Virusa yoluxma sayı bir milyonu keçən dövlətlər ABŞ (8 962 783 nəfər), Hindistan (7 946 429 nəfər), Braziliya (5 411 550 nəfər), Rusiya (1 531 224 nəfər), Fransa (1 165 278 nəfər), İspaniya (1 156 498 nəfər), Argetina (1 102 301 nəfər) və Kolumbiyadır (1 025 052 nəfər).
İranda 574 856, Türkiyədə 363 999, Ermənistanda 78 810, Gürcüstanda isə 30 303 nəfərdə koronavirus müəyyən edilib.
Azərbaycanda koronavirusa yoluxan 50 486 nəfərin 679-u ölüb, 41 410-u sağalıb.












