Koronavirusla bağlı SON STATİSTİKA
Dünyada 44 milyon 251 min 983 nəfərdə koronavirus aşkarlanıb.
Redaktor.az-ın məlumatına görə, virusdan 1 milyon 171 min 476 xəstə ölüb, 32 milyon 446 min 970 nəfər sağalıb.
Asiyada 13 milyon 315 min 451, Şimali Amerikada 10 milyon 815 min 210, Cənubi Amerikada 9 milyon 465 min 599, Avropada 8 milyon 870 min 897, Afrikada isə 1 milyon 747 min 522 nəfərdə virus aşkarlanıb.
Virusa yoluxma sayı 1 milyonu keçən dövlətlər ABŞ (9 038 030 nəfər), Hindistan (7 990 322 nəfər), Braziliya (5 440 903 nəfər), Rusiya (1 547 774 nəfər), Fransa (1 198 695 nəfər), İspaniya (1 174 916 nəfər), Argetina (1 116 609 nəfər) və Kolumbiyadır (1 033 218 nəfər).
İranda 581 min 824, Türkiyədə 366 min 208, Ermənistanda 80 min 410, Gürcüstanda isə 32 min 127 nəfərdə koronavirus müəyyən edilib.
Azərbaycanda koronavirusa yoluxan 51 min 149 nəfərin 688-i ölüb, 41 min 693-ü sağalıb.












