Süleyman Soylu koronavirusa yoluxub

 02:27 01.11.2020     560

Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Redaktor.az xəbər verir ki, bu barədə nazir “Twitter”də bildirib.

O, özü ilə bərabər həyat yoldaşı və qızının da COVID-19 testinin pozitiv çıxdığını qeyd edib.

Nazir özünün və ailə üzvlərinin səhhətlərinin normal olduğunu və həkimlərin tövsiyəsi ilə müalicələrini xəstəxana şəraitində davam etdirdiklərini vurğulayıb. //APA

Vumart və Güvən reklamı Vumart Güvən