Koronavirusla bağlı SON STATİSTİKA
Dünyada ümumilikdə 47 mln 326 min 715 nəfərdə koronavirus aşkarlanıb.
Redaktor.az xəbər verir ki, virusdan 1 mln 211 min 421 xəstə ölüb, 34 mln 35 min 878 nəfər sağalıb.
Asiyada 13 851 720, Şimali Amerikada 11 mln 422 min 324, Avropada 10 mln 457 min 449, Cənubi Amerikada 9 mln 741 min 811, Afrikada isə 1 mln 813 min 800 nəfərdə virus aşkarlanıb.
Virusa yoluxma sayına görə ilk üçlükdə olan dövlətlər ABŞ (9 567 543 nəfər), Hindistan (8 267 623 nəfər) və Braziliyadır (5 554 206 nəfər).
İranda 628 780, Türkiyədə 379 775, Ermənistanda 93 448, Gürcüstanda isə 42 579 nəfərdə koronavirus müəyyən edilib.
Azərbaycanda koronavirusa yoluxan 57 040 nəfərin 753-ü ölüb, 44 479-u sağalıb.












